...

AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib (FOTO)

İqtisadiyyat Materials 11 İyul 2020 11:56 (UTC +04:00)
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib (FOTO)

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimizi vətənə çatdırıb.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti