...

100 obyektdə zəruri sosial davranış qaydalarının pozulduğu müəyyən edilib

İqtisadiyyat Materials 18 İyul 2020 16:38 (UTC +04:00)
100 obyektdə zəruri sosial davranış qaydalarının pozulduğu müəyyən edilib

Bakı. Trend:

Sahibkarlıq subyektlərində monitorinqlər davam etdiliir

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində iyulun 17-də keçirdiyi monitorinqlərdə Qaradağ rayonunda Mirzağa Məmmədova məxsus ayaqqabı mağazasında, Cavid Əliyevə məxsus toyuq məhsullarının satışı dükanında, Rövşən Təhməzliyə məxsus telefon təmiri xidmət obyektində, Nizami rayonunda Aygün Hüseynovaya məxsus ərzaq dükanında, Anar Fərzəliyevə məxsus marketdə, Nərimanov rayonunda Ceyhun Quliyevə məxsus ərzaq mağazasında, Yasamal rayonunda "AL Market"də, Ənvər Şükürova və Vüsal Mehtiyevə məxsus ərzaq mağazalarında, Sabunçu rayonunda “Mövüzə market”də, Suraxanı rayonunda “Tamerlan market”də, “Ballı market”də, Nəsimi rayonunda “Vüqar firması”na, Ələmdar Abuşova və Sulduz Muxtarova məxsus tikinti malları mağazalarında, Lənkəran rayonunda “Ay İşığı market”də, Sərvər Məmiyevə, Camal Kərimova, Nail İsmayılova məxsus mağazalarda, Füzuli rayonunda “Al Market”də, “Oba Market”də, Rafiq İbişova məxsus mağazada, ümumilikdə, .monitorinq aparılmış 460 obyektin 100-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib

Monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

İyulun 17-də nəzarət-yoxlama tədbirləri keçirilmiş obyektlərin 36-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 18-dək monitorinq aparılmış 17108 sahibkarlıq subyektindən 6988-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti