...

Azərbaycanda ÜDM-nin həcmi açıqlandı: Pandemiya azalmaya səbəb olub

İqtisadiyyat Materials 15 Sentyabr 2020 12:15 (UTC +04:00)
Azərbaycanda ÜDM-nin həcmi açıqlandı: Pandemiya azalmaya səbəb olub

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 45 milyard 962,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,0 faiz az ümumi daxili məhsul istehsal olunub.

Trend-in məlumatına görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz, neft-qaz sektorunda isə 4,9 faiz azalıb.

ÜDM istehsalının 35,2 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,1 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 4611,7 manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti