...

Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi

İqtisadiyyat Materials 3 Dekabr 2020 16:20 (UTC +04:00)
Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi

Bakı. Trend:

Cəbhədə vəziyyətin sabitləşməsi və İnternetlə bağlı məhdudiyyətlərin aradan qalxması ilə Yelo Bank cari ilin sentyabr ayında start götürən «Yelo school» sosial layihəsinin ikinci hissəsini reallaşdırmağa başladı.

"Parlaq gələcək təhsildədir "şüarı altında həyata keçirilən bu layihə Yelo Bank-ın təlimçilər komandası ilə "Master Coach Azerbaijan" şirkətindən Səbinə Rəhimova və «Стоп Угроза» Uşaqlar və Valideynlər üçün Beynəlxalq Təhlükəsizlik Məktəbinin təlimçisi Nigar Cəmşidi ilə ortaq şəkildə təşkil olundu. Onlayn təlim formasında keçən məşğələdə Lənkəran rayonu, Boladi kəndinin 1 nömrəli orta məktəbinin 7-11 sinif şagirdləri iştirak etdilər.

Təlimlərin məqsədi şəxsiyyətin düzgün formalaşmasına yardımçı olmaq, uşaqlarda təfəkkürü inkişaf etdirmək, gələcək peşə seçimində hədəflərini təyin etməkdə kömək etmək və liderlik keyfiyyətlərini müəyyənləşdirməkdir. Proqram çərçivəsində təhlükəsiz İnternet, çətinliklərlə mübarizə və bullinq kimi vacib mövzular da əhatə olunur.

Bankın “Yelo school” layihəsinin inkişaf perspektivləri ilə bağlı böyük planları var. Biz şagirdlərin bölgələr üzrə əhatə dairəsini genişləndirmək, bununla yanaşı bank işçilərinin və müştərilərimizin uşaqlarını da bu layihəyə cəlb etməyi planlaşdırırıq.

Xatırlatmaq istərdik ki, layihə bu ilin sentyabr ayında başlayıb. İlkin olaraq, şagirdlərin karantin dövründə təhsilə çıxışlarının asanlaşdırılması məqsədi ilə Lənkəran rayonu, Boladi kəndinin 1 saylı orta məktəbinin aztəminatlı ailələrindən olan və bilikləri ilə seçilən şagirdlərinə və onların müəllimlərinə planşet və internet paketləri hədiyyə etmişdik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti