...

Rabitəbankdan nağd pul krediti əldə etmək istəyənlərə qış fürsəti

İqtisadiyyat Materials 14 Dekabr 2020 12:54 (UTC +04:00)
Rabitəbankdan nağd pul krediti əldə etmək istəyənlərə qış fürsəti

Bakı. Trend:

Ölkənin aparıcı və innovativ banklarından biri Rabitəbank müştərilərinə ənənəvi il sonu kampaniyası təklif edir. Qarşıdan gələn 2021-ci il münasibətilə nağd pul kreditinin illik minimal faizi 15.21%-ə endirildi.

14 dekabr-13 yanvar tarixləri ərzində davam edəcək bu kampaniya ilə 36 ayadək maksimum 20.000 AZN nağd pul krediti əldə etmək mümkün olacaq. Əldə edilmiş nağd pul kreditinə müddətindən asılı olmayaraq heç bir sığorta haqqı tələb olunmayacaq. Rabitəbank nağd pul krediti götürəcək müştərilərə daha bir xoş sürpriz hazırlayıb: kredit əldə edən hər kəsə Kartmane debet və ya kredit kartı hədiyyə olunacaq. Üstünlüklərlə zəngin Kartmane kartı durmadan artan tərəfdaş şəbəkəsindən 25%-dək keşbek qazandırır. Üstəlik qazanılan keşbekləri Rabita Mobile tətbiqi ilə rahatlıqla izləmək və kart balansına köçürmək mümkündür. Tətbiqi yükləmək üçün bu linkə keçid edə bilərsiniz: https://rbt.az/app

Siz də Rabitəbankın qış fürsətindən faydalanmaq və Kartmaneyə sahib olmaq üçün endirimli nağd pul kreditini onlayn sifariş edə bilərsiniz: https://rbt.az/qisfurseti

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti