...

“Delta Qrup C.O.” MMC-nin korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi tədbirlər (FOTO)

İqtisadiyyat Materials 29 Dekabr 2020 10:28 (UTC +04:00)
“Delta Qrup C.O.” MMC-nin korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi tədbirlər (FOTO)

Bakı. Trend:

2020-ci ildə pandemiya səbəbindən dünya iqtisadiyyatının yaşadığı şok, üzləşdiyi çətinlik şərəfli Vətən Müharibəsində şanlı tarix yazan ölkəmizdən də yan keçməmişdir. Ölkənin aparıcı şirkəti olan “Delta Qrup C.O.” MMC hər zaman olduğu kimi 2020-ci ildə də korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi tədbirlər ilə ölkə vətandaşlarının yanında oldu və dəstəyini əsirgəmədi.

İlin FMCG şirkəti seçilən “Delta Qrup C.O.” MMC səhmdarlarının təşəbbüsü ilə şirkət tərəfindən istehsal olunan və distribyutorluğu ilə məşğul olduğu tanınmış məhsullardan ibarət ərzaq, təmizlik vasitələrinin daxil edildiyi bağlamaları pandemiya dönəmində növbəti dəfə ölkəmizin 30 rayon və şəhərində 1500 - dən çox aztəminatlı ailəyə təqdim etdi.

Pandemiya dönəmində 40 gün ərzində Sumqayıt şəhəri ərazisində 1200 aztəminatlı ailəyə “Çörəkçi” zavodunun istehsalı olan çörək məhsullarının təmənnasız təqdim edilməsi, Vətən müharibəsi dövründə əsgər ailələrinə ərzaq bağlamaları, o cümlədən rəşadətli ordumuza B!smak markasının şirniyyat məhsullarının təminatını etməklə daim xalqımızın yanında olduq.

“Delta Qrup C.O.” MMC bu kimi silsilə tədbirlərin həyata keçiriləməsi yönündə davamlı işlər aparacaqdır.

Xəbər lenti

Xəbər lenti