...

Ötən il ünvanlı sosial yardım alan ailələrin sayı 19 min artıb

İqtisadiyyat Materials 11 Yanvar 2021 09:46 (UTC +04:00)
Ötən il ünvanlı sosial yardım alan ailələrin sayı 19 min artıb

Bakı. Samir Əli - Trend:

2020-ci ilin əvvəlində ölkədə bütün növ pensiyalar 16 faizdən çox artırılıb.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

O bildirib ki, ölkədə əmək pensiyaları 240, yaşa görə orta aylıq pensiya isə 330 manata çatdırılıb: "Ümumilikdə orta aylıq pensiya alıcılıq indeksinə görə MDB ölkələri arasında liderliyini qoruyub saxlayıb. Eyni zamanda ötən il ünvanlı sosial yardım proqramının əhatə dairəsi də genişləndirilib. 77 min ailənin 320 min üzvü aylıq əsasla bu yardımdan yararlanıb. 2019-cu illə müqayisədə ötən il ünvanlı sosial yardım alan ailələrin sayı daha 19 min artırılıb".

F.Talıbov bildirib ki, 2020-ci ildə pensiyaların həcmində artım 2019-cu illə müqayisədə 1 milyard manat çox olub: "Bu da sosial ödənişlərin, sosial təminatın nə qədər gücləndiyini göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti