Bakı. Orxan Nəbiyev - Trend:
Rusiya ilə Ermənistan arasında dövlətlərarası saziş çərçivəsində Moskva Yerevana 1,15 milyard məbləğində kredit ayıracaq.
Trend bu barədə Rusiya KİV-lərinə istinadən məlumat verir. Bu məbləğ 2020-ci ilin payızında Qarabağ müharibəsi dövründə Ermənistana silah tədarükü nəticəsində yaranmış borcun ödənilməsinə yönələcək.
Ermənistan eksperti Vahe Davtyanın sözlərinə görə, son iki il ərzində Ermənistanın dövlət borcu 8 milyard dollara çatıb, yeni borcları nəzərə alaraq bu göstərici 2021-ci ildə 9,5 milyard dollaradək artacaq:
"Ermənistanın ümumi daxili məhsulu 18,8 milyard dollardır ki, bu da ölkə üçün çox təhlükəli gedişatı göstərir. Hazırda ölkədəki institusional böhranı nəzərə alaraq demək olar ki, 2021-ci il Ermənistan üçün "Böyük Depressiya"nın başlanğıcı olacaq".