...

Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub - Sədr müavini

İqtisadiyyat Materials 22 Yanvar 2021 11:13 (UTC +04:00)
Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub - Sədr müavini

Bakı. Ceyhun Ələkbərov – Trend:

2021-ci ildə DOST Agentliyinin qarşısında duran məqsədlər yeni mərkəzlərin açılışıdır.

Trend-in məlumatına görə, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib. Onun sözlərinə görə, bu il Bakıda və Abşeronda DOST mərkəzlərinin açılışı nəzərdə tutulub:

“Bakı şəhərində 4 saylı dost mərkəzinin, eyni zamanda Xırdalan şəhərinin ərazisində Abşeron Dost mərkəzinin açılması nəzərdə tutulur. O cümlədən cari ildə xidmətlərin proaktiv edilməsi də nəzərdə tutulur. Artıq bir neçə xidmət proaktiv edilib və bu barədə ictimaiyyətə məlumat verilib”.

S.Alıyev əlavə edib ki, növbəti illərdə şəbəkənin ölkə ərazisində genişləndirilməsi də davam edəcək. Həmçinin agentliyin Şuşa şəhərində DOST mərkəzinin açılışı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti