...

Qusarda əkin sahələrinin suvarılması üçün işlər görülür

İqtisadiyyat Materials 19 Aprel 2021 11:29 (UTC +04:00)
Qusarda əkin sahələrinin suvarılması üçün işlər görülür

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qusar rayonunda Cağar-Cibir suvarma kanalının baş qurğusu yenilənir.

Bu barədə Trend-ə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildiriblər. Qeyd olunub ki, məqsəd mənbədən götürülən suyun ən ucqar əkin sahələrinə çatdırılmasıdır:

“53 il əvvəl istismara verilən qurğu hesabına Qusar rayonunda olan əkin sahələrinin 30 faizi suvarma suyu ilə təchiz olunurdu. Son illər yaranan problemlər səbəbindən suvarma suyuna olan təlabat ödənilmirdi. Bu səbəbdən də kanalın baş qurğusu əsaslı şəkildə təmir edilir”.

Əlavə olunub ki, rayon ərazisində olan kanallarda da işlər görülür:

“Torpaq kanallar lildən təmizlənir. İşlər yekunlaşdıqdan sonra əkin yerlərinə su vaxtı-vaxtında ötürüləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti