...

Bu günə kimi Bakıda 90-a yaxın park tipli məhəllə yaradılıb - BŞİH

İqtisadiyyat Materials 21 May 2021 16:02 (UTC +04:00)
Bu günə kimi Bakıda 90-a yaxın park tipli məhəllə yaradılıb - BŞİH

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda 90-a yaxın park tipli məhəllələr yaradılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildiriblər. Qeyd olunub ki, sözügedən işlər IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində baş tutub.

Layihənin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Park tipli məhəllələrdə sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni liftlər, işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılır, binaların fasadları, dam örtükləri və giriş hissələri təmir olunur.

Əlavə olunub ki, sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətlər barədə məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Xəbər lenti

Xəbər lenti