...

Füzuli Beynəlxalq Hava Limanının ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır - AZAL (FOTO)

İqtisadiyyat Materials 31 May 2021 22:43 (UTC +04:00)
Füzuli Beynəlxalq Hava Limanının ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır - AZAL (FOTO)

Füzuli. Sədrəddin Ağcayev - Trend:

İşğaldan azad edilmiş Füzuli şəhərindəki beynəlxalq hava limanının 2021-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Sentyabrın axırına qədər isə test uçuşlarının həyata keçirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu AZAL-ın vitse-prezidenti Etibar Hüseynov deyib.

Onun sözlərinə görə, hava limanının ümumi uzunluğu 4,8 kilometr təşkil edəcək, bunlardan üç kilometri uçuş-enmə zolağı, hər biri 900 metr olan işıqlandırma zonalarıdır. Bu gün hava limanının tikintisi ilə yanaşı, naviqasiya və digər avadanlıqların quraşdırılması işləri aparılır:

""Zəfər yolu" avtomobil yolunun bu hava limanına çıxışı olacaq. Bununla yanaşı, Zəngilanda hava limanının tikintisinə başlanılıb və Laçında da hava tikintisinə başlanılması planlaşdırılır".

Vitse-prezident qeyd edib ki, hava limanı istifadəyə verildikdə bir terminal fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti