...

Bərdədə 123 evə qaz çəkilir

İqtisadiyyat Materials 17 İyun 2021 15:17 (UTC +04:00)
Bərdədə 123 evə qaz çəkilir

Bakı. Trend:

Bərdə rayonunda iki massivdə 123 evə qaz çəkilir.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə bildirilib ki, ölkə ərazisində yeni yaşayış massivlərinin və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması işlərini sürətlə davam etdirilir. Bərdə rayonunun Güloğlular kəndinin genişlənən hissəsində yerləşən fərdi yaşayış evlərinin mavi yanacaqla təmin edilməsi artıq yekunlaşmaq üzrədir. 1 000 metrdən artıq müxtəlif diametrli borular vasitəsi ilə çəkilən xətt 27 fərdi yaşayış evində təbii qazdan rahat istifadə edilməsinə imkan yaradacaq. Rayonun “Nar çiçəyi” adlanan yeni yaşayış massivinin də qazlaşdırılması işləri həyata keçirilir. Ümumi uzunluğu 3 500 metr olan müxtəlif diametrli polad boru ilə çəkilən daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi işləri bitmək üzrədir. İşlər yekunlaşdıqdan sonra yeni massivdə salınan 96 fərdi yaşayış evi təbii qazla təmin olunacaq.

Keçidə daxil olaraq video materialla tanış ola bilərsiz:

https://www.youtube.com/watch?v=zdRfJBzoc3s

Məqalədə:
Xəbər lenti

Xəbər lenti