Bakı. Samir Əli - Trend:
Bakıda yaşayış komplekslərinin 85 faizi kanalizasiya şəbəkəsi ilə təmin ediləcək.
Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, Bakının Baş Planı çərçivəsində yaşayış komplekslərinin 85 faizinin tamamilə kanalizasiya şəbəkəsi ilə təmin olunması nəzərdə tutulur: “Bunun ətrafında müxtəlif tədbir və hədəflər irəli sürülüb. Bu hədəflərə kanalizasiya şəbəkəsinin yağış kanalizasiya sistemindən ayrılması, suyun təkrar istifadə edilməsi, dənizə birbaşa çirkli suların axıdılması kimi halların qarşısının alınması daxildir”.