...

"Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycan pavilyonunun təqdimatı olub (FOTO)

İqtisadiyyat Materials 25 İyun 2021 16:23 (UTC +04:00)
"Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycan pavilyonunun təqdimatı olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda Heydər Əliyev Mərkəzində "Expo 2020 Dubai" beynəlxalq sərgisindəki Azərbaycan pavilyonu təqdim edilib.

Trend-in məlumatına görə, bu barədə "Expo 2020 Dubai" sərgisindəki Azərbayan pavilyonunun komissar müavini Nərmin Carçalova deyib.

O qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək "Expo 2020 Dubai" beynəlxalq sərgisində Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan pavilyonu da təqdim ediləcək:

"Sərgi bu il oktyabrın 1-dən 2022-ci il martın 31-dək davam edəcək. Bu gün Heydər Əliyev Mərkəzində "Expo 2020 Dubai" sərgisindəki Azərbaycan pavilyonu təqdim olundu. Ölkəmizin beynəlxalq sərgilərdə iştirak təcrübəsini, o cümlədən son illərdə Milandakı ekspoda milli pavilyonun müvəffəqiyyətlə təmsil olunması təcrübəsini nəzərə alsaq, gələcək pavilyonumuzun da ziyarətçilər arasında böyük maraq yaradacağı gözlənilir".

N.Carçalova qeyd edib ki, Azərbaycan sərgidə “Gələcəyin toxumları” mövzusu ilə təmsil olunacaq: "Bu mövzu yaşadığımız dünyanın və mühitin dayanıqlı inkişafda yeganə yolunun gələcəyə sərmayə yatırımlarına bağlı olduğunu vurğulayır".

Onun sözlərinə görə, pavilyonun konsepsiyası dəyişikliyin subyekti və obyekti, təşəbbüskarı və əsas aparıcı qüvvəsi olan insan kapitalını əks etdirir və “Dubay Ekspo 2020”nin” Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” mövzusu ilə sıx əlaqəlidir:

"Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonumuzun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür. Pavilyonda installyasiya, audio və video materialların vasitəsilə ölkəmizin landşaftının müxtəlifliyi əks olunacaq, Azərbaycan qlobal biomüxtəlifliyinin bir hissəsi olduğu göstəriləcək".

Qeyd olunub ki, ötən müddətdə Azərbaycandakı bir sıra dövlət və özəl qurumlarla görüşlər keçirilmiş və Ekspoda müxtəlif sahələrdə tədbirlər təşkil etmək imkanları barədə məlumat verilmişdir.

Eksponun ən böyük əhəmiyyəti onun biznesin təşviqi, ölkələrarası dialoqun inkişafı, mədəniyyətin təbligi, innovasiyaların təqdimatı və digər mövzularda 6 ay boyunca beynəlxalq platforma yaratmasıdır. Bu imkanlardan iştirakçı ölkə kimi Azərbaycan da yararlana bilər və bu yerli özəl və dövlət qurumlarımızın iştirakı ilə mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti