İnsanlar sevdikləri işlə məşğul olduqda daha məhsuldar və yaradıcı olurlar - Filial rəhbəri (FOTO)

İnsanlar sevdikləri işlə məşğul olduqda daha məhsuldar və yaradıcı olurlar - Filial rəhbəri (FOTO)

Bakı. Trend:

"AccessBank”ın simaları" rubrikasında bugünkü həmsöhbətimiz Nərimanov filialının rəhbəri Bəxtiyar Bəxtiyarovdur.

- Neçə ildir “AccessBank”da işləyirsiniz? İlk iş gününüzü necə xatırlayırsınız?

- Artıq 13 ildir “AccessBank”da işləyirəm. İndiki kimi xatırlayıram - hərbi xidmətdən yeni qayıtmışdım. İlk 2 gün ərzində CV-mi müxtəlif banklara göndərdim. O vaxtlar CV-ni şəxsən özün ofisə aparmalıydın, hələ əlavə olaraq, anket də doldurmalıydın.

Tezliklə müxtəlif banklardan test və müsahibə dəvətləri gəlməyə başladı. Nəticədə bir neçə bankdan iş təklifi aldım, amma operativliyi, həmçinin müştəri və əməkdaşlarına göstərdiyi diqqətə görə “AccessBank”ı seçdim.

- 10 il əvvəlki və indiki “AccessBank”ın əsas fərqi nədədir?

10 il əvvəl “AccessBank” yalnız mikrokreditləşmə bankı kimi tanınırdısa, indi daha geniş bank xidmətlərini təqdim edirik. Bu gün innovasiyalar tətbiq edərək rəqəmsal bankçılığa doğru irəliləyirik.

- Heç bank sektorunu seçdiyiniz üçün nə vaxtsa peşman olmusunuzmu?

Heç vaxt. Düşünürəm ixtisas seçimi çox mürəkkəb və çətin bir prosesdir. Bank işi çox maraqlı və dinamik iş olduğuna görə daxili dünyamla tam olaraq harmoniyadadır. İnsanlar sevdiyi peşə ilə məşğul olanda daha məhsuldar və yaradıcı olurlar.

- “AccessBank”ın Salyan filialına rəhbərlik etdikdən sonra Nərimanov filialının inkişafını üzərinizə götürmüsünüz. Bölgə və şəhər filialına rəhbərlik etməyin ortaq və fərqli cəhətləri hansılardır?

- Məncə hər iki filialın oxşar cəhəti bank xidmətləri təqdim etməsidir. Fərqlərə gəldikdə məncə, bölgə filiallarında daha çox kənd təsərrüfatı təyinatlı kreditlərə üstünlük verilir və ölkənin bir çox bölgələrində bankımız kənd təsərrüfatı kreditləşməsi üzrə liderdir. Şəhər filialında isə daha çox pərakəndə bank xidmətləri təqdim edirik.

Həm regional, həm də şəhər filiallarını idarə edən şəxs kimi qeyd etmək istəyirəm ki, bankın ən vacib kapitalı - müştəriləri tanıyan və istəklərini bilən əla mütəxəssislər qrupudur. Belə komanda ilə bank böyük uğurlar qazanır.

- Şəxsi inkişafınıza önəm verirsiniz – müxtəlif təlimlərə qatılırsınız. Sizcə, işdə insana hansı daha çox kömək edir – illərin təcrübəsi yoxsa yenilənən biliklər?

Mənim üçün bilik və təcrübə bir-biri ilə əlaqədə olan elementlərdir. Durmadan təhsil almaq, üzərində işləmək həyatımın ən xoş anlarından biridir. Yeni məlumatlar, yanaşmalar, baxışlar insanları daha fərqli, daha optimal və innovativ işləməyə ilhamlandırır. Elmi ədəbiyyatda "beyin sevinci" termini var və bu “sevinc” yeni biliklər əldə ediləndə yaşanır. Təcrübə isə nəzəri biliklərin sınaqdan keçirilməsidir.

Harvard, Massaçusets Texnologiya İnstitutunda və London Universitetində aldığım kurslar şəxsi inkişafımda və professional həyatımda dönüş nöqtəsi oldu və nəticədə işimdə daha ciddi nəticələrə əldə etməklə yanaşı, qazandığım bilik və təcrübələri həmkarlarımla da bölüşə bildim.

- Keçdiyiniz sonuncu təlimdə hansı fikir sizə daha çox maraqlı gəldi?

Bu yaxınlarda təlim zamanı "adaptiv liderlik" anlayışı ilə tanış oldum. Anlayışın müəllifi Ronald Heifetz hesab edir ki, liderlik adaptiv problemlərin ortaya çıxdığı zaman yaranan idarəçilik mexanizmdır. Heifetza görə liderlik proses kimi qəbul edilməlidir - məsələn, Covid-19 pandemiyası zamanı yeni vəziyyətə uyğunlaşma və problemləri həll etmə qabiliyyəti liderliyə nümunədir. Liderliyə ehtiyacın yalnız çətinliklərlə üzləşdikdə yaranması fikri marağımı çəkdi.

- Covid-19 pandemiyası dövründə “AccessBank”ın fəaliyyətini və bankın əməkdaşlarının standart olmayan vəziyyətlərə hazırlığını necə qiymətləndirirsiniz?

Biz işdə strateji riskləri dəyərləndirmək üçün stress testlərdən istifadə edirik, amma təbii ki, pandemiya bizim üçün gözlənilməz oldu. Buna baxmayaraq, Bankın kadr siyasəti, böhran dövründə idarəetmə təcrübəsi və rəqəmsal bankçılığın prioritet olaraq seçilməsi- bütün bunlar pandemiyaya qarşı mübarizədə komandaya böyük dəstək oldu. Bundan başqa, “AccessBank” komandasında qurulmuş kommunikasiya modeli və işin təşkili çox sabitdir, nəticədə pandemiya zamanı onlayn iş rejimi və pandemiya ilə əlaqədar məhdudiyyətlər Bankın fəaliyyətinin səmərəliliyinə və göstərdiyi xidmətlərin keyfiyyətinə təsir göstərmədi.

Qeyd etmək istərdim ki, Bankımız həmin çətin günlərdə müştərilərinə maliyyə həlləri təqdim etdi. İşgüzar fəallığın azalması ilə üzləşən sahibkarlara həm öz, həm də dövlət fondlarının hesabına aşağı faiz dərəcələri ilə yenidənqurma kreditləri və ya cari kreditlərinin restrukturizasiyasını təklif etdi.

Bank VTB (Azərbaycan) «Rapid7 Insight VM» lisenziyasının alınması ilə bağlı tender elan edir
Bank VTB (Azərbaycan) «Rapid7 Insight VM» lisenziyasının alınması ilə bağlı tender elan edir
“Yelo Bank” fitness zalı üçün tender elan edir
“Yelo Bank” fitness zalı üçün tender elan edir
“AccessBank” tender elan edir
“AccessBank” tender elan edir
Loading Bars
Xəbər lenti
Yollarda ölüm saçan avtomobillər - çıxış yolu nədədir?
Bakıda bu yollarda sıxlıq var - BNA
Qazaxıstanda koronavirusa daha 2 438 nəfər yoluxub
Karantin qaydalarının yumşaldılması ictimai iaşə dövriyyəsini artırıb
Yeni "iPhone" qutuları plastik örtüksüz olacaq
Honda yeni avtomobillərin onlayn satışına başlayacaq
İsrail xarici turist qruplarının girişinə yenidən icazə verdi
Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötüb
İngiltərə və Fransa müdafiə nazirlərinin görüşü mübahisə səbəbindən ləğv edildi
Britaniya şirkətləri yüksək qaz qiymətləri səbəbiylə bağlanmağa başlanıb
La Liqa: "Real" "Valensiya"nı məğlub etdi
Parisdə küçədə sakinlərə atəş açan şəxs saxlanılıb
Ərdoğan ABŞ-da səfərdədir
Türkiyədə son sutkada koronavirusdan 27 160 nəfər sağalıb
İtaliya çempionatı: "Yuventus" "Milan"la heç-heçə oynadı
Fransa XİN rəhbəri ABŞ və Avstraliyadakı səfirləri ilə sualtı gəmilərlə bağlı vəziyyəti müzakirə edib
“Vüqar Həşimov” komandası Avropa kubokunda Moldova yığmasına böyük hesabla qalib gəlib
Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib
Mir Şahinin vaxtı (VİDEO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Əfqanıstanın Nanqarhar əyalətində sutka ərzində ikinci partlayış törədilib
Vahid Rusiya Partiyası parlament seçkilərində liderdir - “Exit poll”
"Çelsi" Premyer Liqada lider oldu
İspaniya vulkan püskürməsi səbəbiylə Kanar adalarına səfər etməməyi tövsiyə etdi
“Neftçi” “Keşlə”yə qalib gəldi
Rusiya Dövlət Dumasına seçkilər başa çatıb
Türkiyədə 5 PKK terrorçusu məhv edilib
İsraildə koronavirusa daha 7 445 nəfər yoluxub
Makron və Bayden yaxın günlərdə sualtı qayıqlar məsələsini müzakirə edəcəklər
Liviyada iki hərbi helikopter toqquşub, ölənlər var
Rusiyada ötən sutka koronavirusa 20 mindən çox yoluxma qeydə alınıb
Türkiyə ordusu Suriyanın şimalında 10 PKK terrorçusunu zərərsizləşdirib
Türkiyə millisinə yeni baş məşqçi təyin edildi
Qaxda ev yanıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib
Rusiyada Dövlət Dumasına seçkilərdə seçici aktivliyi 40,49 faiz təşkil edir
Bakıda birmərtəbəli ev yanıb
İsmayıllıda qaydaları pozan sürücülər cərimələnib (FOTO)
İranda daha 391 nəfər koronavirusdan ölüb
Paşinyan Ərdoğandan gizli görüş keçirilməsini istəyib
Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan
Gürcüstanda koronavirusa daha 1 501 nəfər yoluxub, 43 nəfər ölüb
Rusiyanın Bakıdakı səfirliyində Dövlət Dumasına seçkilərlə əlaqədar səsvermə keçirilir (FOTO)
Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-a yollanır
Dünyada koronavirusa yoluxanların sayı 228 milyonu keçib
Lənkəranda reyd: Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələnib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Pandemiya səbəbindən digər xəstəliklərə qarşı peyvəndləmə azalıb
Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir – İran XİN
ABŞ minlərlə Haitili miqrantı deportasiya edəcək
Müdafiə Nazirliyi həftəlik icmal hazırlayıb (VİDEO)
Hindistanda koronavirusdan ölənlərin sayı 445 minə çatır
ABŞ ehtiyacı olan ölkələr üçün 500 milyon doza peyvənd alacaq
Yeni Qvineyada güclü zəlzələ olub
Abşeronda üç minik avtomobili toqquşub, biri yanıb
Çində gəminin çevirilməsi nəticəsində 8 nəfər ölüb
Bütün dünyada uşaqlar RSV virusuna kütləvi şəkildə yoluxmağa başlayıblar
"Crew Dragon" sərnişin kosmik gəmisi Atlantik okeanında eniş edib
Polis əməkdaşları ABŞ Konqresi yaxınlığıda 4 nəfəri həbs edib
CAR-ın Yohannesburq şəhərinin yeni seçilmiş meri yol qəzasında ölüb
"Qatar Airways" təyyarəsi ilə 28 ABŞ vətəndaşını Əfqanıstandan təxliyə edilib
İndoneziyada ən çox axtarılan silahlı zərərsizləşdirilib
ABŞ HDD Atlantik ökeanı üzərində "Trident II" ballistik raketini sınaqdan keçirib
Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov
Türkiyədə son sutkada koronavirusdan 24 023 nəfər sağalıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Fransalı kəndirbaz Eyfel qülləsi ilə teatr arasındakı kanat üzərindən 670 metr qət edib
Bloomberg dünyanın ən varlı ailələrinin reytinqini tərtib edib
Hacıqabulda yük maşını yanıb
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub (FOTO/VİDEO)
Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyat müddəti uzadılıb
Alimlər mutasiyaya uğramış koronavirusun təhlükəli olduğu ilə bağlı araşdırma aparıb
Bundesliqa: "Bavariya" 7 cavabsız qol vurub
Türkiyə Silahlı Qüvvələri "Qətiyyət-2021" təlimlərinə start verib
YUNESKO-nun baş direktoru Əfqanıstanda bütün uşaqların təhsil almasına dair çağırış edib
Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib (FOTO)
Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub
Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə təmizlik aksiyası keçirilib (FOTO)
Ermənistan məğlubiyyətlə barışmaqla yanaşı, xalqı aldatdığını da etiraf etməyə başlayıb - Deputat
Bakıda maşın, Balakəndə ev yanıb, xəsarət alan var
Azərbaycan aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək
"Başqa həyat" sənədli filminin təqdimatı olub
Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb
Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb
İmişlidə qətl hadisəsi törədilib (FOTO)
Rusiyadakı erməni lobbisinin Azərbaycana qarşı yeni taktikası onların isterikasıdır
Şəhid zabitin xatirəsinə tikilən bulağın açılışı olub (FOTO/VİDEO)
Rusiya kosmosda film çəkəcək
“TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib (FOTO)
İƏT OA faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 042 nəfər koronavirusa yoluxub, 29 nəfər vəfat edib
Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yanıb
Minaatan bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri davam edir (VİDEO)
"Azərmaş" yeni avtomobil və avtobusların istehsalına başlayıb
İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb
Messinin PSJ-dən qazanacağı gəlir açıqlanıb
Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konserti keçirilir (FOTO)
Bütün xəbərlər