...

Rusiyaya bir sıra bitkiçilik məhsullarının ixracında artım müşahidə olunub - AQTA

İqtisadiyyat Materials 19 Oktyabr 2021 17:52 (UTC +04:00)
Rusiyaya bir sıra bitkiçilik məhsullarının ixracında artım müşahidə olunub - AQTA

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsiziliyi ilə bağlı tədbirlərini davam etdirir.

AQTA-dan Trend-ə bildirilib ki, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində 2021-ci ilin 9 ayı ərzində fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 40326,7 ton xurma məhsulu ixrac olunub ki, bu da ötən illərlə müqayisədə 121 % artım deməkdir. Həmçinin 2021-ci ilin müvafiq dövrü ərzində əvvəlki illərlə müqayisədə bu ölkəyə ixrac alma məhsulu üzrə 19 % (6641,95 ton), kartof məhsulu üzrə 23 % (15795,76 ton), xiyar və kornişon məhsulu üzrə 95 % (1994,75 ton), şaftalı və nektarin məhsulu üzrə 182 % (14687,37 ton), qarpız məhsulu üzrə 145 % (4105,49 ton), təzə üzüm məhsulu üzrə 105 % (3140,63 ton), gavalı və göyəm məhsulu üzrə 33 % (1407,69 ton), çiyələk məhsulu üzrə 120 % (2609,67 ton), armud məhsulu üzrə isə 185 % (2984,27 ton) artıb. Həmçinin müvafiq dövr ərzində Rusiyaya 114545,47 ton pomidor, 5604,12 ton fındıq, 6181,42 ton soğan, 19294,44 ton təzə albalı və gilas, 1591,84 ton yerkökü və şalğam, 3720,3 ton nar, 963,2 ton isə tütün xammalı məhsulu ixrac olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti