...

Azərbaycanda qida məhsullarının istehsalı artıb

İqtisadiyyat Materials 25 Noyabr 2021 20:19 (UTC +04:00)
Azərbaycanda qida məhsullarının istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda tütün məmulatlarının istehsalında 56,1 faiz, qida məhsullarının istehsalında 10,9 faiz, içki istehsalında isə 1,6 faiz artım müşahidə olunub.

Trend-in məlumatına görə, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 51,1 faiz, kolbasa məmulatlarının istehsalı 4,9 faiz, kərə yağının istehsalı 4,8 faiz artıb, duru bitki yağlarının istehsalı 0,7 faiz, marqarin istehsalı isə 4,3 faiz azalıb.

Ümumilikdə, qeyd olunan dövr ərzində emal sənayesində 13 milyard 124,3 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti