...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 15 Dekabr 2021 11:18 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Xaqan İsayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 14-də 75,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,01 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,54 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti