...

Rövnəq Abdullayev İqtisadiyyat nazirliyində kollektivə təqdim olunub

İqtisadiyyat Materials 15 Fevral 2022 12:36 (UTC +04:00)
Rövnəq Abdullayev İqtisadiyyat nazirliyində kollektivə təqdim olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

İqtisadiyyat nazirinin müavinləri kollektivə təqdim olunub.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini, Rövnəq Abdullayev isə iqtisadiyyat nazirinin müavini təyin olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov yeni təyin olunmuş nazir müavini Rövnəq Abdullayevi kollektivə təqdim edib.

Nazir yeni təyinat münasibətilə Elnur Əliyevi və Rövnəq Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə onlara uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti