...

Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti ilk dəfə qadın seçilib

İqtisadiyyat Materials 4 Mart 2022 11:09 (UTC +04:00)

Bakı. Kamran Qasımov - Trend:

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) illik ümumi iclasında təşkilatın idarə heyətinin yeni tərkibi seçilib.

Trend bu barədə AmCham-a istinadən məlumat verir.

Qeyd olunur ki, səsvermənin yekununda 10 nəfər iki il müddətinə AmCham-ın İdarə heyətinə seçilib.

Bundan başqa, Nərgiz Nəsrullayeva-Müdüroğlu Palatanın prezidenti seçilib.

Qeyd edək ki, AmCham 1996-cı ildən fəaliyyət göstərir. Hazırda Palatanın tərkibində 260 şirkət daxildir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti