...

BMT-nin İnkişaf Proqramı və Aİ Azərbaycan şəhərlərinə dəstək göndərmək niyyətindədir

İqtisadiyyat Materials 14 Mart 2022 16:03 (UTC +04:00)
BMT-nin İnkişaf Proqramı və Aİ Azərbaycan şəhərlərinə dəstək göndərmək niyyətindədir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı (Aİ) Azərbaycan şəhərlərinə dəstək göndərmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu BMT İnkişaf Proqramının Azərbaycandakı məsul əməkdaşı Suhrob Hocimatov "Mayors for Economic Growth Facility" proqramı çərçivəsində keçirilən tədbir zamanı deyib.

"Biz Aİ-dəki tərəfdaşlarımızla ümid edirik ki, bu layihə çərçivəsində Azərbaycan şəhərləri öz planlarını əhalinin rifahı naminə reallaşdıra biləcək", - deyə o bildirib.

S.Hocimatov qeyd edib ki, koronavirus pandemiyası şəhər və digər yaşayış məntəqələri üçün böyük sınaq oldu.

"Bu gün bələdiyyə başçılarının əlində məşğulluq səviyyəsinin artırılması, dayanıqlı artım prosesinin bərpası və sürətlənməsi üçün imkanlar mövcuddur", - BMT nümayəndəsi deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti