...

Azərbaycan buğda idxalını dörd dəfədən çox artırıb

İqtisadiyyat Materials 29 Mart 2022 11:30 (UTC +04:00)
Azərbaycan buğda idxalını dörd dəfədən çox artırıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2022-ci ilin yanvarında buğda idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artırıb.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə 93,7 min tondan çox buğda idxal edib.

Yanvar ayında ölkəyə idxal olunan buğdanın dəyəri 32,475 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin yanvarı ilə müqayisədə 4,5 dəfə çox olub.

Hesabatda qeyd olunur ki, buğdanın 50,1 faizi Qazaxıstandan, 49,9 faizi isə Rusiyadan idxal olunub. Ötən ilin yanvarı ilə müqayisədə Rusiyadan idxal 37,1 faiz azalıb, Qazaxıstanın isə payı müvafiq olaraq 37 faiz artıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti