...

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum olub

İqtisadiyyat Materials 7 Aprel 2022 09:09 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-fevral aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3 faiz artaraq 761,4 milyon manat olub.

Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 640,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 84,1 faizini təşkil edib.

2022-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 88,2 faiz artaraq 96,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 80,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 83,9 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti