Bakı. Trend:
“Henley & Partners” şirkəti 2022-ci ilin ikinci rübü üzrə Pasportlar indeksini açıqlayıb.
Trend-in məlumatına görə, Azərbaycan əvvəlki reytinqdəki mövqeyini dəyişməz saxlayaraq 75-ci yerdə qərarlaşıb.
Reytinqə əsasən, Azərbaycan pasportu əvvəlki kimi 69 ölkəyə vizasız səfər etməyə imkan verir.
Pasportlar indeksində birinci yerdə əvvəlki kimi Yaponiya və Sinqapur qərarlaşıb. Bu ölkələrin pasportu ilə 192 ölkəyə vizasız səfər etmək olar. İkinci yerdə Almaniya və Cənubi Koreya pasportu 190 ölkəyə vizasız səfər imkanı verir.
Sonuncu pillədə isə 26 ölkə ilə Əfqanıstan pasportu qərarlaşıb.
(Tərcümə: Orxan Nəbiyev)