...

BVF Ukraynaya yardım çərçivəsində təcili maliyyələşdirməni genişləndirib

İqtisadiyyat Materials 16 Aprel 2022 01:46 (UTC +04:00)
BVF Ukraynaya yardım çərçivəsində təcili maliyyələşdirməni genişləndirib

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün fövqəladə maliyyələşdirməni artırıb və gələcək maliyyələşdirmə üçün xüsusi hesab açıb.

Trend "UNİAN"a istinadən xəbər verir ki, bunu BVF-nin icraçı direktoru Kristalina Georgiyeva deyib.

"BVF Ukraynaya təxirəsalınmaz xərc ehtiyaclarını ödəməyə kömək etmək üçün təcili maliyyələşdirməni 1,4 milyard dollar artırıb. Keçən həftə biz həmçinin Ukrayna üçün gələcək maliyyələşdirmənin təhlükəsiz yolunu təmin edən xüsusi hesabı işə saldıq. Biz beynəlxalq tərəfdaşlarla tələb olunacaq genişmiqyaslı bərpa səylərinə hazırlaşırıq", - Georgiyeva bildirib.

O, əlavə edib ki, prioritetlər Ukraynada müharibəyə son qoymaq, pandemiya, inflyasiya və borclanma ilə mübarizədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti