...

Azərbaycanın startap layihəsi Yaxın Şərq və Şimali Afrika bazarlarına çıxacaq

İqtisadiyyat Materials 18 Aprel 2022 19:59 (UTC +04:00)
Azərbaycanın startap layihəsi Yaxın Şərq və Şimali Afrika bazarlarına çıxacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qurdugu Paymes startapı və Səudiyyə Ərəbistanının "PayTabs" şirkəti Yaxın Şərq və Şimali Afrika regionunda milyonlarla satıcını sosial marketinq həlləri ilə gücləndirmək üçün əməkdaşlıq edərək öz qüvvələrini birləşdirir.

Bunu Trend-ə "Paymes"dən bildiriblər.

Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində Paymes Türkiyə ofisi PayTabs-ın Avrasiya əməliyyatlarının idarə mərkəzi olarkən, PayTabs-ın MENA regionunda yerləşən ofislərinə də Paymes brendi altında sosial marketinqlə əlaqəli məhsulları ilə xidmət edəcək və bu məhsulları EMEA regionunu tamamilə əhatə edəcək.

"Digər bir tərəfdən Statisca-nın proqnozları, sosial marketinq satışlarının dəyərinin 2026-cı ilə qədər təqribən 2.9 trilyon ABŞ dollarına çatacağını göstərir. Əməkdaşlıqdan sonra Paymes və PayTabs-in heyəti, mikro satıcıların bazar payının böyük bir hissəsini əldə etmək məqsədilə, 2022-ci il ərzində PayTabs ofisləri üçün satışa məhsul çıxarmaqla bağlı işə başlayacaqlar", - deyə o bildirib.

Qeyd edək ki, Paymes aldığı dünya miqyaslı investisiyalar və mükafatlarla diqqət çəkən, fərd və şirkətlərin hansısa bir elektron marketinqlə bağlı məlumatlı olmasına, tətbiqə bağlı olmasına, yüksək bir büdcəyə sahib olmasına ehtiyac olmadan ödəmələri qəbul etmələrinə imkan yaradan ödəniş platformasıdır. Sosial media üzərindən satış edən şəxslərin ödəmələri qəbul etmə prosesini asanlaşadırmaq və təhlükəsiz hala gətirmək üçün yola çıxmış şirkət, bu gün evində əl əməyi ilə məhsul hazırlayan evdar qadından 1000 filiala sahib fabrikə və dilerlərə qədər xidmət göstərən formaya çatıb.

PayTabs, Səudiyyəli sahibkar Abdulaziz Al Jouf tərəfindən qurulmuş mükafatlara sahib, B2B, ticarət ödəniş həlləri mərkəzidir. 2014-cü ilin iyun ayında ilk canlı elektron ticarət ödəmə qapısı prosesini həyata keçirən PayTabs, bu gün birdən çox valyutada prosesləri təhükəsiz bir şəkildə həyata keçirir. API bağlantılarından istifadə edən PayTabs, 49 sektorda KOB-lərin veb-saytlarında “quraşdır və başlat” ödəniş xüsusiyyətləri üçün problemsiz B2B e-ticarət üsullarını asanlaşdırır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti