...

Vahid Ələkbərov "Lukoyl"un rəhbərliyindən çıxıb

İqtisadiyyat Materials 21 Aprel 2022 13:38 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Vahid Ələkbərov "Lukoyl" şirkətinin rəhbəri vəzifəsini tərk edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

O, həmçinin "Lukoyl"un Direktorlar Şurasını da tərk edib.

"Lukoyl" Publik Səhmdar Cəmiyyəti bildirir ki, şirkətin prezidenti və Direktorlar Şurasının üzvü Vahid Ələkbərov Şirkəti Direktorlar Şurası üzvlüyü səlahiyyətlərindən imtina etdiyini, eləcə də Şirkətin prezidenti səlahiyyətlərini vaxtından əvvəl başa çatdırması barədə məlumatlandırıb", - deyə şirkətin açıqlamasında deyilir.

Qeyd edək ki, Vahid Ələkbərov 1993-cü ildən, "Lukoyl" yarandıqdan bəri şirkətə rəhbərlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti