...

Latviya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar

İqtisadiyyat Materials 7 May 2022 16:39 (UTC +04:00)
Latviya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Latviyanın “Cleantech Latvia” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə şənbə günü Trend konfederasiyaya istinadən məlumat yayıb.

“Cleantech Latvia Cluster” şirkətinin icraçı direktoru Evija Pudane görüş zamanı Azərbaycanda kənd təsərrüfatı, su təsərrüfatı, informasiya texnologiyaları, peşə təhsili, inşaat mühəndislərinin sertifikatlaşdırılması kimi sahələrdə fəaliyyət üçün mövcud imkanlar barədə sual verib.

"Latviya iş adamlarına Azərbaycanın aqrar sektorunda, xüsusən də işğaldan azad edilmiş ərazilərdə mövcud potensial, xarici investorların bu sahəyə marağı barədə ətraflı məlumat verilib", - məlumatda deyilir.

Eyni zamanda, klasterlərin yaradılması üzrə Latviya təcrübəsinin Azərbaycan üçün maraqlı ola biləcəyi vurğulanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında Latviya ilə ticarət dövriyyəsi 4,787 milyon dolları ötüb, ötən ilin eyni dövründə isə bu rəqəm 5,003 milyon dollar təşkil edib (il ərzində 4,32 faiz azalma).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti