...

Azərbaycanda daha 10 su anbarı tikiləcək - Sədr müavini (FOTO)

İqtisadiyyat Materials 3 İyun 2022 12:42 (UTC +04:00)
Azərbaycanda daha 10 su anbarı tikiləcək - Sədr müavini (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Şabran. Trend:

10 su anbarının layihələndirilməsi işləri həyata keçirilir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyev deyib.

Onun sözlərinə görə. su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı komissiya bu məsələləri müzakirə edir. Həmin komissiyanın tərkibində 10 su anbarının layihələndirilməsi gündəmədir və bu işlər yekunlaşdıqdan sonra 10 su anbarının tikilməsi nəzərdə tutulur.

"Bu su anbarlarının ölkə üzrə çayların axarlarında tikilməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərimizdə də yenidənqurma işləri aparılır və əsaslı işlərin aparılması planlaşdırılır. Bundan başqa Həkəri çay və Bərgüşad çayda böyük su anbarlarının tikintisi nəzərdə tutulur", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti