...

Azərbaycanda ötən ay kompüter satışları azalıb

İqtisadiyyat Materials 10 İyun 2022 14:07 (UTC +04:00)
Azərbaycanda ötən ay kompüter satışları azalıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 205,5 mln. manat xərclənib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 91,1% və ya 98 mln. manat çoxdur.

Bu ilin may satışlarının dəyəri isə aprel göstəricisi ilə müqayisədə 2,3 mln. manat və ya 5,6% azalaraq 38,8 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk beş ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,2%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,5 faiz bəndi çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti