...

Azad edilmiş ərazilərdə bu il 18 layihənin və 5 avtomobil yolunun başa çatdırılması nəzərdə tutulur

İqtisadiyyat Materials 20 İyun 2022 12:58 (UTC +04:00)
Azad edilmiş ərazilərdə bu il 18 layihənin və 5 avtomobil yolunun başa çatdırılması nəzərdə tutulur

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlər hesabına 2022-ci ildə 18 layihənin və 5 avtomobil yolunun başa çatdırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, bölüşdürülməmiş xərclərin bir hissəsinə yenidən baxılan zaman qurumlar üzrə bölgüsü də dəyişir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il dövlət büdcəsindən əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir.

Bundan əvvəl “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti