...

IFC Azərbaycanın "yaşıl" iqtisadiyyata keçidini dəstəkləməyə davam edəcək - Regional menecer

İqtisadiyyat Materials 7 İyul 2022 08:15 (UTC +04:00)
IFC Azərbaycanın "yaşıl" iqtisadiyyata keçidini dəstəkləməyə davam edəcək - Regional menecer
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın "yaşıl" iqtisadiyyata keçidini sürətləndirmək məqsədilə iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft-qaz sektorunda yeni iş yerlərinin yaradılmasına dəstək verəcək.

Bunu Trend-ə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.

"İqlim dəyişikliyi, bərpa olunan enerji mənbələri, o cümlədən günəş enerjisi, dəniz və offşor külək enerjisi kimi sahələr də Azərbaycanla əməkdaşlığımızın diqqət mərkəzindədir", - deyə o bildirib.

Regional menecerin sözlərinə görə, IFC offşor külək enerjisinin inkişafında özəl sektora təcrübə təqdim etməkdə və Azərbaycan hökumətini dəstəkləməkdə çox maraqlıdır

"Ölkənin Energetika Nazirliyi, Dünya Bankı və IFC-nin birgə hazırladığı "yol xəritəsi"nin Azərbaycan üçün offşor külək enerjisində rolunu xüsusi qeyd etmək istərdim. Ölkənin dəniz külək enerjisi potensialı 2040-cı ilə qədər 7 GVt səviyyəsində qiymətləndirilir", - deyə regional menecer bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti