...

Azərbaycanda qida məhsullarının istehsalı artıb

İqtisadiyyat Materials 26 İyul 2022 13:50 (UTC +04:00)
Azərbaycanda qida məhsullarının istehsalı artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda emal sənayesində 2022-ci ilin yanvar-iyun aylarında 8 milyard 585,1 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 7,8 faiz artım, tütün məmulatlarının istehsalında 7,5 faiz, içki istehsalında isə 7,8 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 33,2 faiz artıb, kərə yağının istehsalı 0,7 faiz, duru bitki yağlarının istehsalı isə 4,1 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti