Bakı. Trend:
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşüb.
Trend xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.
O qeyd edib ki, görüşdə Özbəkistanla iqtisadi əlaqələrin inkişafı, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılması, sənaye sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.