...

Xalq Bank biznes müştəriləri üçün ticarət platformasını təqdim edib

İqtisadiyyat Materials 8 Sentyabr 2022 12:38 (UTC +04:00)
Xalq Bank biznes müştəriləri üçün ticarət platformasını təqdim edib

Bakı. Trend:

Ölkənin aparıcı banklarından olan Xalq Bank onlayn Ticarət platformasını tətbiq etməklə valyuta mübadiləsi əməliyyatlarının operativ həllini təqdim etdi. XalqOnline sistemində istifadəyə verilən yeni platforma Bankın sahibkar və korporativ müştərilərinin valyuta alqı-satqı əməliyyatlarını sürətli və rahat şəkildə icra etməyə imkan yaradan müasir rəqəmsal bank xidmətidir.

Xalq Bank müştərisi Ticarət platforması üzərindən Bankın təyin etdiyi gündəlik məzənnələrə baxmaq, ona maraqlı valyuta cütlüklərini təyin edərək məzənnələri izləmək və sərfəli şərtlərlə əqd bağlamaq imkanı əldə edir. Platforma üzərindən Banka göndərilən valyuta mübadiləsi sorğusu 2 dəqiqə ərzində onlayn rejimdə cavablandırılır. Müştəri, həmçinin alqı-satqı əməliyyatı üçün Banka öz məzənnə təklifini göndərə və onlayn cavab gözləyərək vaxt itirmədən əqdi bağlaya bilər. Əlavə olaraq Bank real vaxt rejimində güzəştli məzənnə ilə konvertasiya əməliyyatlarının aparılması üçün xüsusi təkliflər verə bilər: bu zaman müştəri XalqOnline mobil tətbiqi vasitəsilə aktual təklif barədə xəbərdaredici mesaj alır.

Xidmətdən yararlanmaq üçün heç bir əlavə yükləmə və ya qoşulma tələb edilmir. Müştəri kompüter və ya mobil telefondan XalqOnline sistemindəki kabinetinə daxil olaraq müvafiq bölməyə keçid etməklə əməliyyatlara başlaya bilər.

XalqOnline dünyanın istənilən nöqtəsindən ölkədaxili və beynəlxalq pul köçürmələri, konvertasiya, əməkhaqqı ödənişləri, toplu və şablon üzərindən ödənişlər həyata keçirməyə, həmçinin hesab qalığı və əməliyyatlar üzrə çıxarışlar əldə etməyə imkan verən rahat internet və mobil bankçılıq sistemidir.

Bank məhsulları, eləcə də yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti