...

Azərbaycanda ÜDM-nin həcmi 84 milyard manatı ötüb

İqtisadiyyat Materials 14 Sentyabr 2022 09:58 (UTC +04:00)
Azərbaycanda ÜDM-nin həcmi 84 milyard manatı ötüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 84880,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 10,3 faiz artıb.

ÜDM istehsalının 52,5 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 8440,1 manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti