...

2026-cı ilədək Azərbaycanda alternativ enerji mənbələrinin istifadəsi 24 faizə çatacaq - Vüsal Qasımlı

İqtisadiyyat Materials 14 Oktyabr 2022 15:57 (UTC +04:00)
2026-cı ilədək Azərbaycanda alternativ enerji mənbələrinin istifadəsi 24 faizə çatacaq - Vüsal Qasımlı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda alternativ enerji mənbələrinin istifadəsi 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək 30 faizə çatacaq.

Trend-in məlumatına görə, bunu cümə günü İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, "Azərbaycanın 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası"nda nəzərdə tutulub.

"Sənədə əsasən, yaxın dörd ildə istifadə üçün yararsız torpaqların payını 15 faizədək azaltmaq nəzərdə tutulur. 2026-cı ilədək əhalinin içməli su ilə təminat səviyyəsi 85 faizə, suvarma üçün suyun təminat səviyyəsi 90 faizədək çatacaq. Bütün bu hədəflərə nail olunması üçün hökumət, beynəlxalq tərəfdaşlar və sahibkarlar əlaqəli şəkildə işləməlidir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti