...

IFC dekarbonizasiya yolunda Azərbaycanı dəstəkləməyə hazırdır - Aliyə Əzimova

İqtisadiyyat Materials 18 Oktyabr 2022 11:18 (UTC +04:00)
IFC dekarbonizasiya yolunda Azərbaycanı dəstəkləməyə hazırdır - Aliyə Əzimova
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) dekarbonizasiya yolunda Azərbaycanı dəstəkləməyə hazırdır.

Bu barədə çərşənbə axşamı Trend-ə IFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova bildirib.

"Bərpa olunan enerji mənbələrinə keçidin sürətlənməsi karbohidrogenlərin əsas enerji mənbəyi kimi tarixən dominant roluna meydan oxuya bilər. Enerji mənbələrinin şaxələndirilməsi Azərbaycana yeni iş yerləri yaratmağa və iqtisadi artımı stimullaşdırmağa kömək edəcək", - deyə o bildirib.

IFC nümayəndəsinin qeyd etdiyi kimi, bunun üçün Azərbaycanın böyük həcmdə investisiyalara ehtiyacı var və Azərbaycan artıq özəl sektoru cəlb etmək yolundadır.

"Bu, maliyyə dayanıqlığını təmin etməklə yanaşı, bərpa olunan enerji kimi prioritet sahələr üzrə maliyyələşmənin artırılmasına kömək edəcək. IFC özəl sektora dayanıqlı investisiyalar vasitəsilə şaxələndirmə və dekarbonizasiya yolunda Azərbaycana dəstək vermək niyyətindədir", - A.Əzimova bildirib.

Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və IFC tərəfindən hazırlanmış yeni yol xəritəsi göstərir ki, Azərbaycan düzgün uzunmüddətli yanaşma, infrastrukturun inkişafı, investisiyalar və siyasət yürüdəcəyi təqdirdə 2040-cı ilə qədər 7 giqavatt gücündə dənizdə külək enerjisi əldə etmə potensialına malikdir.

A.Əzimova bildirib ki, dənizdə külək enerjisi sahəsində yol xəritəsinin həyata keçirilməsi ölkənin enerji ehtiyatlarının şaxələndirilməsi strategiyasını dəstəkləyərək, Azərbaycanı bərpa olunan enerji mərkəzinə çevirə bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti