...

Qarabağda doqquz avtomobil magistralı və iki dəmir yolunun tikintisi aparılır - Bəşir Hacıyev

İqtisadiyyat Materials 19 Oktyabr 2022 13:03 (UTC +04:00)
Qarabağda doqquz avtomobil magistralı və iki dəmir yolunun tikintisi aparılır - Bəşir Hacıyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda doqquz avtomobil magistralı və iki dəmir yolunun tikintisi üzrə işlər aparılır.

Trend-in məlumatına görə, bunu çərşənbə günü Qarabağ iqtisadi rayonu üzrə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Qarabağda biznes və investisiya imkanları" adlı panel sessiyasında deyib.

"Azad edilmiş ərazilərdə yeni infrastrukturun yaradılması işləri davam edir. 4 məktəbin tikintisi gedir, onlardan ikisi bu il istifadəyə veriləcək. Ağdamda tibb müəssisəsi inşa olunur. Ağdam üzrə bir sıra tikinti layihələri təsdiqlənib", - deyə o bildirib.

B.Hacıyev qeyd edib ki, Qarabağın ekoturizm və şərabçılıq turizmi üzrə nəhəng potensialı var.

"Demək olar ki, Qarabağın bütün rayon və şəhərlərində bu cür potensial var", - deyə o bildirib.

Zəngəzur dəhlizi barədə danışarkən, B.Hacıyev qeyd edib ki, bu dəhlizin müxtəlif istiqamətlər üzrə yük tranziti üçün böyük potensialı mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti