...

Bu il aqroparklarda ərzaqlıq buğda istehsalı ötən illə müqayisədə 61 faiz artıb - Nazir (FOTO)

İqtisadiyyat Materials 20 Oktyabr 2022 16:56 (UTC +04:00)
Bu il aqroparklarda ərzaqlıq buğda istehsalı ötən illə müqayisədə 61 faiz artıb - Nazir (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparklarda bu il ərzaqlıq buğda istehsalı ötən illə müqayisədə, təxminən, 61 % artaraq 88,8 min tona çatıb.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün tvitterdə yazıb.

"Aqroparklarda ərzaqlıq buğdanın istehsalında müsbət dinamika müşahidə edilir. 2020-ci ildə aqroparkların taxıl sahələrində 35,2 min ton, 2021-ci ildə 56% çox olmaqla - 55 min ton ərzaqlıq buğda istehsal olunub", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti