...

Mərkəzi Bank bu həftə uçot dərəcəsi barədə qərarı açıqlayacaq

İqtisadiyyat Materials 25 Oktyabr 2022 10:30 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 28-də mətbuat konfransı keçirəcək.

Trend çərşənbə axşamı xəbər verir ki, bankın İdarə heyətinin sədri Taleh Kazımov tədbir zamanı uçot dərəcəsi barədə qərarı açıqlayacaq.

Qeyd edək ki, AMB-nin sentyabrın 16-da keçirilmiş son iclasında uçot dərəcəsini 7,75 faiz səviyyəsində saxlamaq qərara alınmışdı. Faiz dəhlizinin yuxarı həddi 9,25 faiz, aşağı həddi 4 faiz səviyyəsində müəyyən edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti