...

Mərkəzi Bank uçot dərəcəsini artırdı

İqtisadiyyat Materials 28 Oktyabr 2022 10:31 (UTC +04:00)

Bakı. Trend:

Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə qaldırılıb.

Qurumdan Trend-ə verilən məlumata görə, faiz dəhlizinin aşağı həddi 1 faiz artırılaraq 5%-ə qaldırılıb, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.

Qeyd edək ki, AMB-nin sentyabrın 16-da keçirilmiş iclasında uçot dərəcəsini 7,75 faiz səviyyəsində saxlamaq qərara alınmışdı. Faiz dəhlizinin yuxarı həddi 9,25 faiz, aşağı həddi 4 faiz səviyyəsində müəyyən edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti