...

Gələn il Azərbaycanda ÜDM-in 100 milyard manatı ötəcəyi proqnozlaşdırılır

İqtisadiyyat Materials 1 Noyabr 2022 15:44 (UTC +04:00)
Gələn il Azərbaycanda ÜDM-in 100 milyard manatı ötəcəyi proqnozlaşdırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Azərbaycanda ÜDM-in 100 milyard manatı ötəcəyi proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə bu gün dərc edilən rəyində deyilir.

Rəydə bildirilib ki, 2023-cü ildə ÜDM-in nominal ifadədə 106012,8 mln. manat olacağı proqnozlaşdırılıb ki, bu da 2022-ci il üzrə gözlənilən məbləğdən 13,9 mlrd. manat azdır. Nominal ifadədə azalma növbəti ildə neftin qiymətində nəzərdə tutulan 40 ABŞ dolları azalma ilə izah edilir. Qeyri-neft ÜDM-nin nominal məbləğində (73319,4 mln. manat) 9,2% artım proqnozlaşdırılıb.

Aparılan hesablamalara əsasən, qeyri-neft ÜDM-i üzrə proqnozlaşdırılan artıma daha çox qeyri-neft sənayesi, həmçinin sosial və digər sahələrin töhfə verəcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti