...

Azərbaycanda məzənnənin sabit saxlanılması üzrə ümumi razılıq var - Nazir

İqtisadiyyat Materials 3 Noyabr 2022 14:24 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda milli valyutanın məzənnəsi sabitdir.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.

Nazir qeyd edib ki, bir çox qonşu ölkələrin valyuta məzənnələri mövcud vəziyyətlə bağlı xeyli dəyər itirib. “Dövlət tərəfindən, Mərkəzi Bank tərəfindən bu sahədə koordinasiya tədbirləri görülməklə sabit məzənnənin saxlanılması üzrə bizdə tam konsensus var. Lakin məzənnə şübhəsiz inflyasiyaya mənfi təsir göstərir”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti