Bakı. Trend:
Azərbaycan televiziya reklamı bazarının illik dövriyyəsi 7 ildir ki, 45 milyon manatı keçmir.
Trend xəbər verir ki, bunu bu gün "Rəqəmsal və audiovizual yayım sənayesi" İctimai Birliyinin reklamçılar komitəsinin sədri Zaur İsmayılov Bakıda "Audiovizual mühitdə reklam fəaliyyəti" mövzusunda keçirilən seminarda deyib.
O qeyd edib ki, bazarın reytinq dəyəri 1,6 milyon manat, orta reytinq qiyməti isə 28 manatdır.
"Bazarın böyüməsi üçün ümumi reytinq dəyəri və orta reytinq qiyməti artmalıdır",- deyə Z.İsmayılov bildirib.