...

Nazir büdcədə neft qiymətinin aşağı səviyyədə götürülməsinə aydınlıq gətirib

İqtisadiyyat Materials 11 Noyabr 2022 13:40 (UTC +04:00)
Nazir büdcədə neft qiymətinin aşağı səviyyədə götürülməsinə aydınlıq gətirib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin orta qiymətinin mövcud qiymətlərdən daha aşağı səviyyədə götürülməsi məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, S.Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, hazırda dünya bazarında yüksələn neft qiymətləri kəskin enə də bilər.

“Eniş baş verəndə də problemlər yaranır. Bizim siyasətimiz odur ki, neft asılılığını ardıcıl sürətdə azaldaq. Hazırda biz dünya bazarında 90 dollardan yüksək olan qiyməti büdcədə 50 dollar səviyyəsində nəzərə almışıq.

Bu yanaşma ilə neftin qiymətinin oynamasının mənfi təsirlərindən özümüzü sığortalayırıq. Hesab edirəm ki, növbəti illərdə də biz bu siyasəti davam etdirəcəyik. Biz bu məsələdə kifayət qədər ehtiyatlı olmalıyıq”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti