...

"ADY Express" Qazaxıstandan yükdaşımaları artırıb

İqtisadiyyat Materials 23 Noyabr 2022 12:20 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dəmir Yollarının törəmə şirkəti olan “ADY Express” MMC keyfiyyətli logistik servis təqdim edərək Qazaxıstan mənşəyi və Qazaxıstan təyinatlı yükdaşımaları dəfələrlə artırmağa nail olub.

Bu barədə Trend-ə “ADY Express” MMC-dən məlumat verilib.

2022-ci ilin 10 ayı ərzində hər iki istiqamətdə ADY Express 1 milyon tondan artıq yük daşımağa müvəffəq olub.

Bildirilib ki,2021-ci ildə ADY Express-in bu istiqamətdə daşıdığı yüklərin miqdarı ümumi olaraq cəmi 125 min tondan bir qədər artıq olub, hazırda Qazaxıstanla bağlı yükdaşımaların 8 dəfə artdığını demək olar. İlin sonuna qədər isə bu göstəricinin 9-10 dəfə artıq olacağını proqnozlaşdırmaq mümkündür.

Bu ilin 10 ayı ərzində ADY Express Qazaxıstandan 950 min tona yaxın yük nəql edib ki, bunun 96%-i tranzit yüklərin payına düşüb.

Eyni dövr ərzində ADY Express Qazaxıstana 100 min tona yaxın yük daşımağa nail olub.

Qeyd edək ki, Qazaxıstandan yüklər 2 marşrutla - Xəzər dənizi vasitəsi ilə və quru yolla Samur-Yalama keçidindən istifadə etməklə nəql edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti