...

Türkiyə limanlarına 14 milyon tondan çox kimyəvi məhsullar daşınıb

İqtisadiyyat Materials 1 Dekabr 2022 12:16 (UTC +04:00)
Türkiyə limanlarına 14 milyon tondan çox kimyəvi məhsullar daşınıb

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 14 milyon 54 min 832 ton kimyəvi məhsulları qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara kimyəvi məhsulları qəbulu 978 min 257 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə kimyəvi məhsulları daşınması 13 milyon 76 min 575 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2022-ci ilin yanvar-oktyabr ayında Türkiyə limanlarından transit yolu ilə 206 min 944 ton neft məhsulları daşınıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.

2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib.

Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.

2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib.

Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti