...

Azərbaycanda qida məhsullarının istehsalı artıb

İqtisadiyyat Materials 6 Dekabr 2022 20:48 (UTC +04:00)
Azərbaycanda qida məhsullarının istehsalı artıb

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qida məhsullarının istehsalı sahəsində artım qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında qida məhsullarının istehsalında 8,0 faiz artım, tütün məmulatlarının istehsalında 2,4 faiz, içki istehsalında isə 4,2 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 45,0 faiz, qənd və şəkər tozunun istehsalı 9,3 faiz artmış, duru bitki yağlarının istehsalı isə 6,1 faiz azalıb.

Ümumilikdə qeyd olunan müddət ərzində emal sənayesində 14 milyard 612,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti